...

İstanbulda naməlum şəxs məktəblilərə atəş açdı - Ölən və yaralılar var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 13 Oktyabr 2017 17:47 (UTC +04:00)
İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.
İstanbulda naməlum şəxs məktəblilərə atəş açdı - Ölən və yaralılar var (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.

Trend-in məlumatına görə, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb. Onlardan biri xəstəxanada ölüb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.

Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.

Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.

Xəbər lenti

Xəbər lenti