Bakı. Trend:
İraqın kürd administrasiyası noyabrın 1-nə nəzərdə tutulan qondarma "parlament seçkiləri"nin keçirilməsini təxirə salıb.
Trend-in məlumatına görə, buna səbəb Kərkükdə son hərbi qarşıdurma, eləcə də heç bir siyasi partiyanın namizəd irəli sürməməsi olub.
Xatırladaq ki, sentyabrın 25-də İraqın kürd muxtariyyəti müstəqillik haqqında qanunsuz "referendum" keçirib.
Oktyabrın 16-da Kərkük tam olaraq İraq ordusunun nəzarətinə keçib.