...

Sakit okeanda yaxta ilə 5 ay öncə azmış iki amerikalı xilas edilib

Dünya xəbərləri Materials 27 Oktyabr 2017 03:14 (UTC +04:00)
Sakit okeanda yaxta ilə 5 ay öncə azmış iki amerikalı qadın ABŞ HDQ-nə məxsus "Aşland" gəmisi tərəfindən xilas ediliblər
Sakit okeanda yaxta ilə 5 ay öncə azmış iki amerikalı xilas edilib

Bakı. Trend:

Sakit okeanda yaxta ilə 5 ay öncə azmış iki amerikalı qadın ABŞ HDQ-nə məxsus "Aşland" gəmisi tərəfindən xilas ediliblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yaxta Yaponiya sahillərindən 1,4 min kilometr aralıda tapılıb.

Məlumata əsasən, xilas edilən qadınlar 5 ay öncə Havay adalarında Taitiyə yollanıblar. Okeanda onların yaxtasının mühərriki sıradan çıxıb və onlar yelkəni qaldırıb Taitiyə çatmağa çalışıblar. Lakin külək onları Sakit okeanda digər istiqamətə yönəldib. Qadınlar hər gün yardım barədə xəbərdarlıq siqnalını göndərsələrdə, sahil çox uzaq olduqlarından siqnal gəlib çatmayıb.

Qadınların sözlərinə görə, onlar yaxtada su şirinləşdirici qurğunun və 1 illik qida ehtiyyatının olması hesabına sağ qalıblar.

Xəbər lenti

Xəbər lenti