...

Səudiyyə Ərəbistanında korrupsiyaya görə saxlanılan şahzadələrdən ikisi azad edilib

Dünya xəbərləri Materials 30 Dekabr 2017 16:08 (UTC +04:00)
Şahzadələr Feysəl bin Abdulla və Maşallah bin Abdulla azad edilib.
Səudiyyə Ərəbistanında korrupsiyaya görə saxlanılan şahzadələrdən ikisi azad edilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanında korrupsiyada ittiham edilərək həbs olunan şəxslərdən ikisi, mərhum kral Abdulla ibn Abdul-Əziz Əl Səudun oğulları - şahzadə Feysəl bin Abdulla və Maşallah bin Abdulla azad edilib.

Trend-in məlumatına görə, bununla da hazırda həbsxanada qalan yeganə şahzadə Turki bin Abdulladır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu nazirlər, hərbçilər və iş adamlarının saxlanılması barədə göstəriş verib. Ümumilikdə 208 nəfər istintaqa cəlb edilib. Həbs edilənlər arasında dünyanın ən varlı insanlarından biri şahzadə Əl-Valid bin Taləl də var idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti