...

Fərman verildi! Maliyyə naziri işdən azad edildi

Dünya xəbərləri Materials 19 Yanvar 2018 15:01 (UTC +04:00)
Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin maliyyə naziri Abdusalom Kurbonienin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb
Fərman verildi! Maliyyə naziri işdən azad edildi

Bakı. Trend:

Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin maliyyə naziri Abdusalom Kurbonienin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, Tacikistan hökumətinn bu gün keçirilmiş iclasında prezident A.Kurbonienin fəaliyyətində qüsurların olduğunu bildirib.

E.Rəhmon bir sıra şəhərlərdə əməkhaqlarının gecikdiyini və büdcə vəsaitlərinin düzgün xərclənmədiyini vurğulayıb.

Prezidentin digər fərmanı ilə Fayziddin Kahhorzod yeni maliyyə naziri təyin olunub.

Xəbər lenti

Xəbər lenti