...

Fransada 2 hərbi vertolyot qəzaya uğradı: ölənlər var

Dünya xəbərləri Materials 2 Fevral 2018 13:57 (UTC +04:00)

Bakı. Trend:

Fransanın cənub-şərqində, Var departamentində iki hərbi vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfərin meyiti aşkar edilib. Vertolyotlarda ümumilikdə 6 nəfərin olduğu bildirilir.

Hazırda qəza yerində, Karsez gölünün (Sen-Trope kurort şəhərindən 50 km aralı) yaxınlığında xilasedicilərin işlədiyi bildirilir.

Qəzanın baş vermə səbəbi hələ bilinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti