...

Afrində 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub

Dünya xəbərləri Materials 12 Mart 2018 09:46 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin "Azad Suriya Ordusu" ilə birgə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub.

Trend-in məlumatına görə, əməliyyatın keçirildiyi müddət ərzində 3291 terrorçu məhv edilib.

Bundan əvvəl Türkiyənin Baş naziri Binəli Yıldırım bildirmişdi ki, Afrində təqribən 8-10 min PYD və YPG terrorçusu yerləşdirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti