...

SON DƏQİQƏ! Nepalda sərnişin təyyarəsi qəzaya uğradı (FOTO)

Dünya xəbərləri Materials 12 Mart 2018 13:42 (UTC +04:00)
Nepalın paytaxtı Katmandunun beynəlxalq hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.
SON DƏQİQƏ! Nepalda sərnişin təyyarəsi qəzaya uğradı (FOTO)

Bakı. Trend:

Nepalın paytaxtı Katmandunun beynəlxalq hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Banqladeşin “US-Bangla” özəl aviaşirkətinə məxsus təyyarə eniş zamanı uçuş-eniş zolağına düşə bilməyib. Təyyarə aeroport yaxınlığındakı futbol meydançasına düşüb.

Qəzadan sonra təyyarədə yanğın başlayıb.

Hadisə nəticəsində həlak olanların olduğu bildirilsə də, bu barədə rəsmi məlumat verilməyib.

İlkin məlumata görə, təyyarədə ümumilikdə 67 nəfər olub. 17 nəfər xəsarət alanın xəstəxanaya yerləşdirildiyi bildirilib. Digər sərnişinlərin taleyi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti