...

Pakistanda anbarda dam örtüyü uçub: 12 ölü, 13 yaralı

Dünya xəbərləri Materials 29 Mart 2018 01:56 (UTC +04:00)
Pakistanın Sukkur şəhərində anbarların birində dam örtüyü uçub
Pakistanda anbarda dam örtüyü uçub: 12 ölü, 13 yaralı

Bakı. Trend:

Pakistanın Sukkur şəhərində anbarların birində dam örtüyü uçub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dam örtüyünün uçması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılb. Yaralananların 2-nin vəziyyəti ağırdır.

Məlumata əsasən, dam örtüyünün uçmasına qaz sızması nəticəsində baş verən partlayış olub.

Xəbər lenti

Xəbər lenti