...

Venesuelada həbsxanada yanğın nəticəsində 68 nəfər həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 Mart 2018 06:19 (UTC +04:00)
Venesuelada həbsxanada yanğın baş verib
Venesuelada həbsxanada yanğın nəticəsində 68 nəfər həlak olub (YENİLƏNİB)

Bakı. Trend:

Venesuelada həbsxanada yanğın baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, baş vermiş yanğın nəticəsində 68 nəfər həlak olub.

Ölkənin baş prokuroru Tarek Uilyam Saab öz "Twitter" hesabında yazıb ki, Karabobo ştatında baş verən dəhşətli hadisənin təfərrüatlarını öyrənmək üçün 4 prokuror təyin edilib.

XXX

06:19

Venesuelanın Karabob ştatında məhkumların saxlanma mərkəzində iğtişaş, daha sonra isə yanğın baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə rəsmi məlumat olmasada "Noticias Caracol" radiosu, "Clarin" qəzeti, NTN24 telekanalı və digər KİV-lər 78 nəfərin həlak olduğunu bildirir.

KİV-lərin məlumatına əsasən, ölənlərin 10-u qadın, 68 kişidir. Qadınların ziyarətçi olduqları bildirilir.

Xəbər lenti

Xəbər lenti