...

Peskov: Rusiya prezidenti Ermənistanda baş verənləri diqqətdə saxlayır

Dünya xəbərləri Materials 18 Aprel 2018 14:24 (UTC +04:00)
Kreml Ermənistanda baş verən hadisələri izləyir və diqqət mərkəzində saxlayır.
Peskov: Rusiya prezidenti Ermənistanda baş verənləri diqqətdə saxlayır

Bakı. Trend:

Kreml Ermənistanda baş verən hadisələri izləyir və diqqət mərkəzində saxlayır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov deyib:

"Ötən gün Vladimir Putin Serj Sarkisyanı baş nazir seçilməsi münasibəti ilə təbrik edib. Sözsüz ki, ölkədə baş verənlər Rusiya prezidentinin diqqətinə çatdırılıb. Biz Ermənistanda baş verənləri müşahidə edirik və əminik ki, hər şey qanun çərçivəsində davam edəcək".

Xatırladaq ki, sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyasına rəhbərlik edən müxalif deputat Nikol Paşinyan ötən gün Ermənistanda "məxməri inqilab"ın başladığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti