Bakı. Trend:
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Seçkilərin iyunun 24-də keçiriləcəyi bildirilir.
Xatırladaq ki, ötən gün D.Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib. O vurğulayıb ki, regiondakı siyasi vəziyyəti nəzərə alaraq Türkiyədə seçkilərin keçirilməsini gecikdirmək olmaz.