Bakı. Trend:
Almaniyanın “Lüfthansa” aviaşirkətinə məxsus, Münhendən Helsinkiyə uçuş həyata keçirən təyyarə Berlin hava limanında məcburi eniş etməli olub.
Trend-in məlumatına görə, buna mühərriklərdən birinin sıradan çıxması səbəb olub.
Qeyd olunur ki, “Airbus 321” təyyarəsində 158 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sərnişinlər digər təyyarə ilə yola salınıb.