Bakı. Trend:
Avropa İttifaqı Keniyada su bəndinin partlaması nəticəsində zərərçəkənlərə 1,5 milyon avro yardım ayırıb.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Böhran idarəetməsi və humanitar yardım üzrə Avropa Komissarı Kristos Stilianides bildlirib ki, Avropa İttifaqını Keniyada su bəndinin partlaması nəticəsində insanların ölməsi xəbəri kədərləndirdi : "Aİ bu faciədə daha çox zərərçəkənlərə yardım göstərmək üçün əlindən gələni edir".
Qeyd edək ki, mayın 10-u Keniyada "Patel" su bəndində partlayış olub. Hadisə nəticəsində 47 nəfər həlak olub, 40-a yaxın insan isə xəsarət alıb. 300-dən artıq ailə evsiz qalıb.