...

Meksika Venesueladan səfirini geri çağıırıb

Dünya xəbərləri Materials 21 May 2018 23:02 (UTC +04:00)
Meksika Xarici İşlər Nazirliyi Venesuelada keçirilən prezident seçkilərindən sonra ölkədən səfirini geri çağırıb.
Meksika Venesueladan səfirini geri çağıırıb

Bakı. Trend:

Meksika Xarici İşlər Nazirliyi Venesuelada keçirilən prezident seçkilərindən sonra ölkədən səfirini geri çağırıb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, nazirlik Venesuelada həmçinin biznesin aparılması zamanı risklər haqda xəbərdarlıq edib: "Xarici İşlər Nazirliyi, Venesuelada mayın 20-də keçirilən prezident seçkilərini tanımır və qanunsuz hesab edir".

Qeyd edək ki, Venesuelanın Milli Seçki Şurasının məlumatına əsasən, hazırki dövlət başçısı Nikolas Maduroya 5.8 milyon, müxalifətdən əsas namizəd olan Enri Falkona isə 1.8 milyon seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti