Bakı. Trend:
Hindistanın şimalındakı Uttar-Pradeş əyalətində fırtına nəticəsində ən azı 30 nəfər ölüb.
Trend-in məlumatına görə, bununla yanaşı Uttar-Pradeş yaxınlığında ildırım vurması nəticəsində 5-i qadın, ikisi uşaq olmaqla 10 nəfərin öldüyü xəbər verilir.
Qeyd edək ki, bir qədər əvvəl bu ştatda baş verən qum fırtınası nəticəsində ən azı 15 nəfər həyatını itirmişdi.