...

Tbilisidə etiraz aksiyası zamanı üç nəfər saxlanıldı

Dünya xəbərləri Materials 10 İyun 2018 22:40 (UTC +04:00)
Polislər Tbilisinin mərkəzi Rustaveli prospektində Gürcüstan parlamenti binasının yanında, öldürülən 16 yaşlı David Saralidzenin atası Zaza Saralidzeyə dəstək üçün etiraz aksiyası zamanı 3 nəfəri həbs etdi.
Tbilisidə etiraz aksiyası zamanı üç nəfər saxlanıldı

Bakı. Trend:

Polislər Tbilisinin mərkəzi Rustaveli prospektində Gürcüstan parlamenti binasının yanında, öldürülən 16 yaşlı David Saralidzenin atası Zaza Saralidzeyə dəstək üçün etiraz aksiyası zamanı 3 nəfəri həbs etdi.

Paralel olaraq, ölkənin daxili işlər nazirliyi aksiya zamanı polis forması geyən amma polis əməkdaşı olmayan şəxslərərin cəzalandırılacağı haqda bəyanat yaydı.

"Məni öldürmə !" adlı Saralidzeyə dəstək aksiyasında siyasi partiyalar da iştirak edirlər, o cümlədən keçmiş hakim "Vahid milli hərəkat" partiyası. Lakin siyasətçilər heç bir bəyanatla çıxış etməyə hazırlaşmır, sadəcə müşahidəçi qismində iştirak edəcəklərini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti