...

İŞİD terrorçuları məhv edildi, aralarında Anas əl-İraqi də var

Dünya xəbərləri Materials 3 İyul 2018 12:26 (UTC +04:00)
İraq təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib
İŞİD terrorçuları məhv edildi, aralarında Anas əl-İraqi də var

Bakı. Trend:

İraq təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 14 nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Eyni zamanda qrupun rəhbəri Əbu Anas əl-İraqi də məhv edilib. Qeyd olunur ki, bu qruplaşma bir neçə hücumun və insan oğurluğunun təşkilində iştirak edib.

Əməliyyat zamanı xəritələr və mümkün terror aktlarının planları aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti