...

Yunan Kiprində müəllimlər ayağa qalxdı - son illərin ən böyük etiraz aksiyası

Dünya xəbərləri Materials 29 Avqust 2018 10:03 (UTC +04:00)
Yunan Kiprində son illərin ən irimiqyaslı etiraz aksiyası keçirilir.
Yunan Kiprində müəllimlər ayağa qalxdı - son illərin ən böyük etiraz aksiyası

Bakı. Trend:

Yunan Kiprinin paytaxtı Nikosiyada 10 mindən çox insan aksiya keçirir.

Trend-in məlumatına görə, nümayişlərdə məqsəd təhsil islahatlarına etiraz etməkdir.

Bu, son illərdə Nikosiyada keçirilən ən kütləvi etiraz aksiyasıdır.

Nümayişçilər - müəllimlər, valideynlər, şagirdlər Prezident iqamətgahının qarşısına toplaşaraq "Dövlət təhsilini dağıtmaq olmaz", "Təhsil və məktəblərdən əlinizi çəkin!" kimi şüarlar səsləndirirlər. Digər həmkarlar ittifaqlarının nümayəndələri də müəllimlərə dəstək verməyə gəlib. Onlar hökuməti və Təhsil Nazirliyini sərt tənqid ediblər.

Qeyd edək ki, Kipr hökuməti "təhsili səmərələşdirmək" istəyir. Məqsəd təhsil xərclərini 30 milyon avro azaltmaq və müəllimlərin sayını azaltmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti