Bakı. Trend:
İraqın şimalında terrorçuların hücumu nəticəsində 10 nəfər ölüb.
Trend-in Rudaw telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Kərkük vilayətinin kəndində baş verib.
"Asaiş" təhlükəsizlik qüvvələrinin başçısı İdris Rafaat bildirib: "İŞİD-in terror qruplaşmaları Kərkükdə Əbu Şahirə hücum edib, nəticədə 10 nəfər ölüb".
Hələlik baş verənlərə görə heç bir terror qruplaşması üzərinə məsuliyyət götürməyib, ancaq qeyd olunur ki, regionda İŞİD-in "yatan" qrupları mövcuddur.