...

Türkiyə hərbçiləri daha 8 PKK-çını məhv etdi - İraqda

Dünya xəbərləri Materials 18 Sentyabr 2018 10:27 (UTC +04:00)
İraqın şimalında 8 terrorçu məhv edilib.
Türkiyə hərbçiləri daha 8 PKK-çını məhv etdi - İraqda

Bakı. Rufzi Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında əməliyyatları davam etdirir. Trend-in məlumatına görə, əməliyyat barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Baş Qərargahın yaydığı son məlumata görə, PKK terror təşkilatı ilə mübarizə çərçivəsində İraqın şimalında 8 terrorçu məhv edilib.

Terrorçular Zap rayonunda zərərsizləşdiriliblər. Onların Türkiyə ərazisinə keçməyə cəhd etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti