...

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb

Dünya xəbərləri Materials 29 Sentyabr 2018 21:21 (UTC +04:00)
İndoneziyanın Palu şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb

Bakı. Trend:

İndoneziyanın Palu şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin rəhbəri bildirib.

İdarənin rəhbəri qeyd edib ki, söhbət yalnız Palu şəhərində ölənlərdən gedir. Digər şəhərlərdə həlak olanların sayı hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti