...

İranda qum fırtınası - 145 nəfər xəsarət aldı

Dünya xəbərləri Materials 8 Oktyabr 2018 18:17 (UTC +04:00)
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində 140-dan çox şəxs xəsarət alıb
İranda qum fırtınası - 145 nəfər xəsarət aldı

Bakı. Trend:

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində 140-dan çox şəxs xəsarət alıb.

Trend-in məlumatına görə, 145 sakin tənəffüs, ürək və görmə problemləri ilə təcili yardıma müraciət edib. Onlardan 27-si xəstəxanaya yerləşdirilib.

Qum fırtınası zamanı küləyin sürəti saatda 104 kilometrə çatıb.

Bölgə rəhbərliyi xəstə və yaşlı sakinləri evdən çıxmamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti