Bakı. Trend:
Ermənistanda "Yelk" partiyası baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyini yenidən baş nazir vəzifəsinə irəli sürüb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, parlamentdə keçiriləcək səsvermə zamanı baş nazir seçilməyəcəyi təqdirdə parlamentin buraxılacağı gözlənilir.
Qeyd edək ki, N.Paşinyan erkən seçkilərin keçirilməsi məqsədilə baş nazir vəzifəsindən istefa vermişdi.