Bakı. Tural Turan - Trend:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti sammiti Qazaxıstanda keçiriləcək. Trend-in məlumatına görə, bunu Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
8 noyabrda Astanada KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclası, həmçinin dövlət başçıları səviyyəsində sessiyanın keçirilməsi nəzərdə tutulur.