...

İranda qarpız, badımcan və pomidor sahələri su altında qaldı

Dünya xəbərləri Materials 31 Oktyabr 2018 14:08 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın 19 vilayətində sel baş verib. İndiyədək təbii fəlakətlə əlaqədar 1356 nəfərə yardım olunub, 189 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Trend-in məlumatına görə, bunu İranın Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, 25 oktyabrdan 31 oktyabr saat 06:00-dək 19 vilayətdə - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İlam, Çahar Mahal və Bəxtiyari, Şimali Xorasan, Rəzəvi Xorasanı, Cənubi Xorasan, Xuzistan, Sistan və Bəluçestan, Kirman, Kirmanşah, Kohkiluyə və Buyir Əhməd, Gülüstan, Gilan, Yəzd, Hörmüzqan, Mazandaran və Lorestan vilayətlərində daşqınlar baş verib.

M.Səlimi əlavə edib ki, xəsarət alan 4 nəfər müalicə müəssisəsinə göndərilib, 83 mənzil sel sularından təmizlənib, 3 avtomobil seldən çıxarılıb.

Məlumata görə, sel təkcə Hörmüzqan vilayətinin Minab rayonuna 15 milyard rial (təxminən 357 min 142 dollar) ziyan vurub.

Ötən gecə Zərani çayının daşması isə 80 hektardan çox qarpız, badımcan və pomidor sahələrinə ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti