...

Ayətullahdan ittiham: ABŞ İranda müharibəyə başlamaq istəyirdi

Dünya xəbərləri Materials 12 Dekabr 2018 17:45 (UTC +04:00)

Bakı. Trend:

ABŞ İranda təhlükəsizliyə zərbə vurmaq və müharibəyə başlamaq istəyirdi, amma bu planlar baş tutmadı.

Trend-in məlumatına görə, bunu İranın ali lideri, ayətullah Əli Xameneyi öz “Twitter” səhifəsində bildirib.

O qeyd edib ki, ABŞ-ın İran xalqına qarşı planı aşkar edilib:

“Onlar edə bildiklərini etdilər. ABŞ-ın planı sanksiyalar və təxribatlarla İranda problemlər, qarşıdurmalar və vətəndaş müharibəsi yaratmaq idi”.

Bununla belə, Ə.Xameneyi İranın sayıqlığını itirməməli olduğunu deyib, çünki ABŞ gələn il başqa anti-İran planını irəli sürə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti