Bakı. Trend:
Burkina-Fasonun şimalında 2 silahlı hücum baş verib.
Trend-in məlumatına görə, yanvar ayının 1-i naməlum şəxslər Burkina-Fasonun kəndlərindən birində 6 nəfəri qətlə yetiriblər. Qətlə yetirilənlər arasında kəndin rəhbəri və onun oğlu da olub.
Daha sonra kəndlilər hücuma cavab olaraq "Fulbe" (Peuhl) xalqının 7 nümayəndəsini qətlə yetiriblər.
Bildirilir ki, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib.
Qeyd edək ki, daha əvvəl Burkina-Fasonun bir sıra şimal əyalətlərində silahlı qruplaşmaların fəaliyyətinin aktivləşməsi il əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.