...

İranda qum qasırğası - 43 nəfər xəstəxanaya düşüb

Dünya xəbərləri Materials 7 Yanvar 2019 17:17 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Kirman vilayətinin şərqində baş verən güclü qum qasırğası nəticəsində indiyədək 43 nəfər tibb məntəqələrinə müraciət edib.

Trend-in məlumatına görə, Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib ki, hazırda 120 kənd qum qasırğasının mühasirəsindədir.

Qasırğa həmçinin tranzit yolda hərəkətin ləngiməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti