...

Afrində avtobusda partlayış olub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 20 Yanvar 2019 14:25 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın Afrin şəhərində avtobusda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobus vağzaldan çıxarkən avtobusun içərisində quraşdırılmış partlayıcı qurğu işə düşüb.

Bildirilir ki, partlayış qubernatorun ofisinin yaxınlığında baş verib.

Xəbər lenti

Xəbər lenti