...

Rusiyada pilotları hədələyib təyyarəni qaçırmaq istəyən KİM olub? (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 22 Yanvar 2019 18:10 (UTC +04:00)

İlk xəbər saat 17:28-də yayımlanıb.

Bakı. Trend:

Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalında Surqut-Moskva reysini həyata keçirən təyyarəni pilotları hədələyərək istiqaməti dəyişmək istəyən şəxsin 41 yaşlı Surqut vətəndaşı olduğu bildirilir. Trend-in məlumatına görə, həmin şəxsin məhkumluğu olduğu da bildirilib.

X X X

Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalında Surqut-Moskva reysini həyata keçirən təyyarə məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, buna səbəb sərnişinlərdən birinin pilotlara hədə-qorxu gələrək təyyarəni Əfqanıstana yönəltmək tələbi olub.

Təyyarə eniş etdikdən sonra hava limanına polis qüvvələri cəlb edilib, Surqut sakini olan həmin sərnişin saxlanılıb. Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti