...

Cakarta 2035-ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq

Dünya xəbərləri Materials 30 Yanvar 2019 08:35 (UTC +04:00)
İndoneziyanın paytaxtı Cakarta şəhəri 2035-ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq.
Cakarta 2035-ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq

Bakı. Trend:

İndoneziyanın paytaxtı Cakarta şəhəri 2035-ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq.

Trend-in məlumatına görə, bu barədə "Oxford Economics" elmi-tədqiqat institutunun proqnozunda bildirilir.

Araşdırmaya əsasən, 16 ildən sonra Cakartanın əhalisi 38 milyon nəfərə çatacaq. İkinci yerdə Tokio şəhəridir, 2035-ci ildə şəhərin əhalisinin 37,8 milyon nəfər olacağı proqnozlaşdırılır, üçüncü isə 32,2 milyon nəfərlə Çinin mərkəzində yerləşən Çuntsin şəhəridir.

İlk onluğa həmçinin Dəkkə (31,2 milyon nəfər), Şanxay (25,3 milyon), Karaçi (24,8 milyon), Kinşasa (24,7 milyon), Laqos (24,2 milyon), Mehiko (23,5 milyon) и Mumbay (23,1 milyon).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti