Türkiyədə Avropaya keçmək istəyən 118 qanunsuz miqrant saxlanıldı

Dünya xəbərləri Materials 13 Fevral 2019 14:34 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Aydın vilayətinin Sahil Mühafizə Xidməti Egey dənizinin Türkiyə sektorunda 118 qanunsuz miqrantı saxlayıb.

Trend-in məlumatına görə, saxlanılan miqrantlar arasında İran, Əfqanıstan və Fələstin vətəndaşları olduğu barədə bidlrib.

Onların qanunsuz yolla Yunanıstan ərazisinə keçmək istədikləri məlum olub.

Həmin şəxslərin qısa müddətdə Türkiyədən deportasiya olunacaqları qeyd edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti