...

Moldova prezidentinin korteji qəzaya düşdü

Dünya xəbərləri Materials 22 Fevral 2019 19:15 (UTC +04:00)
Moldova prezidenti İqor Dodonun olduğu kortej qəzaya düşüb
Moldova prezidentinin korteji qəzaya düşdü

Bakı. Trend:

Moldova prezidenti İqor Dodonun olduğu kortej qəzaya düşüb.

Trend-in məlumatına görə, bu barədə İ.Dodon özü “Facebook” səhifəsində yazıb.

Prezident qəza nəticəsində xəsarət almadığını bildirib:

“Mən təhlükəsizlikdəyəm! Mənim olduğum avtomobil zərər görməyib. Yalnız təhlükəsizlik əməkdaşlarının olduğu avtomobil əzilib”.

Qəzanın digər təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti