...

İranda qaz kəməri partladı - Ölənlər var (VİDEO)

Dünya xəbərləri Materials 14 Mart 2019 13:28 (UTC +04:00)
İranın cənubunda yerləşən Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz boru kəməri partlayıb.
İranda qaz kəməri partladı - Ölənlər var (VİDEO)

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz boru kəməri partlayıb.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Əhvaz rayonu qubernatoru Camal Aləmi Nisi deyib.

A.Nisinin sözlərinə görə, yanğın nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Qubernator əlavə edib ki, yanğında həmçinin su tankeri və avtobus yanıb.

A.Nisi hadisənin terror aktı olmadığını, qaz sızması nəticəsində baş verdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti