...

İranda güclü qum qasırğası var - Təcili yardım hazır vəziyyətə gətirildi (VİDEO)

Dünya xəbərləri Materials 1 Aprel 2019 16:12 (UTC +04:00)
İranın İsfahan vilayətinin Nain rayonunda güclü qum qasırğası baş verib.
İranda güclü qum qasırğası var - Təcili yardım hazır vəziyyətə gətirildi (VİDEO)

Bakı. Elnur Bağışov - Trend:

İranın İsfahan vilayətinin Nain rayonunda güclü qum qasırğası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, güclü qum qasırğası rayonu əhatəsinə alıb və təcili yardım hazır vəziyyətə gətirilib.

Sözçü hadisə nəticəsində itkilərin olmadığını deyib.

İranın İsfahan vilayəti Nain rayonu Neystanək qəsəbəsinin başçısı Həsən Yasini qum qasırğası nəticəsində avtomobillərə ziyan dəydiyini, torpaq evlərin divarları və yanacaqdoldurma məntəqəsinin tavanının uçduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti