Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyatla bağlı məlumat yayan Türkiyə Hərbi Qüvvələri Baş Qərargahı əməliyyatın uğurlu keçdiyini bildirib.
Əməliyyatın Avaşin, Baysan və Xakurk rayonlarında PKK terrorçularına qarşı keçirildiyi bildirilir.
Məlumata görə, əməliyyat çərçivəsində terrorçuların dayaq məntəqələri də məhv edilib.