...

Ermənistanın milli qalereyasından 600-dən çox rəsm və heykəl itkin düşüb

Dünya xəbərləri Materials 6 Aprel 2019 05:49 (UTC +04:00)
Ermənistanda 2016-cı ildə milli qalereyanın tərkibinə daxil edilmiş Mədəniyyət Nazirliyinin sərgi mərkəzinin fondlarından 626 rəsm və heykəl itkin düşüb
Ermənistanın milli qalereyasından 600-dən çox rəsm və heykəl itkin düşüb

Bakı. Trend:

Ermənistanda 2016-cı ildə milli qalereyanın tərkibinə daxil edilmiş Mədəniyyət Nazirliyinin sərgi mərkəzinin fondlarından 626 rəsm və heykəl itkin düşüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Bildirilir ki, rəsm və heykəllərin itkin düşməsi ilə əlaqədar olaraq "iri məbləğdə oğurluq", "xüsusi tarixi, bədii və ya mədəni dəyərə malik əşyaların və ya sənədlərin oğurluğu" və "vəzifə saxtakarlığı" maddələri üzrə cinayət işi açılıb.

Bu maddələr üzrə maksimal sanksiya 8 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti