İsrailin baş naziri ölkədə parlament seçkilərində onu dəstəkləyən sağ blokunun qalib gəldiyini bildirib

Dünya xəbərləri Materials 10 Aprel 2019 01:46 (UTC +04:00)

Bakı.Trend:

İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, onu dəstəkləyən sağ partiyalar bloku ölkədə keçirilən parlament seçkilərində inamlı qələbə qazanıb.

Trend-in məlumatına görə, nazir özünün "Tvitter"dəki səhifəsində yazıb ki, "Likud" partiyasının başçılıq etdiyi sağ partiyalar bloku "aşkar qələbə qazanıb".

"Mən İsrail vətəndaşlarına göstərilən etimada görə təşəkkürümü bildirirəm", - deyə Netanyahu bildirib.

Nazir həmçinin qeyd edib ki, koalisiya hökumətinin formalaşdırılması üzrə danışıqlara başlayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti