...

İstanbulda 200-dən çox hərbçi saxlanılıb

Dünya xəbərləri Materials 26 Aprel 2019 10:24 (UTC +04:00)
Türkiyədə 200-dən çox hərbçi saxlanılıb.
İstanbulda 200-dən çox hərbçi saxlanılıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində İstanbulda 210 hərbçi saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılanlar arasında 5 polkovnik, 7 polkovnik-leytenant, 14 mayor və 33 kapitan da var.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti