Bakı. Trend:
Panamada sol mərkəzçi İnqilabi Demokratik Partiyasından olan namizəd, keçmiş kənd təsərrüfatı naziri Laurentino Kortiso ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
Trend-in məlumatına görə, Seçki Komissiyası onun seçicilərin 33,07% səsini topladığını elan edib.
Seçkilərdə ölkə əhalisinin 73 faizi iştirak etdiyi üçün seçki baş tutmuş sayılıb. Ümumilikdə 7 namizəd seçkilərdə iştirak edib.
L.Kortiso seçkilərin nəticələrindən məmnun qaldığını bildirərək, artıq birləşmək zamanı olduğunu deyib.