...

Türkiyədə avtobus minik avtomobili ilə toqquşub: 8 yaralı

Dünya xəbərləri Materials 23 May 2019 00:17 (UTC +04:00)
Türkiyənin Kırıkkale şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub
Türkiyədə avtobus minik avtomobili ilə toqquşub: 8 yaralı

Bakı. Trend:

Türkiyənin Kırıkkale şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 8 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə çox sayda təcili yardım maşınları cəlb edilib. Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti