...

Aİ KXDR-ya qarşı sanksiyaların müddətini uzadıb

Dünya xəbərləri Materials 16 İyul 2019 06:19 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasının fiziki və hüquqi şəxlərinə qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb
Aİ KXDR-ya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasının fiziki və hüquqi şəxlərinə qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının press-relizində deyilir.

Sənəddə qeyd edilir ki, Aİ Şurası aktivlərin dondurulması və hərəkətin məhdudlaşdırılması tətbiq edilən şəxslərin xüsusi siyahısını yenidən nəzərdən keçirib. Aİ sanksiyaları fərdi qaydada 57 nəfərə və 9 hüquqi şəxsə qarşı qüvvədədir.

Bundan əlavə, Aİ-nin KXDR-ya qarşı sanksiyalar siyahısında BMT Təhlükəsizlik Şurasının qətnamələrindən adları çəkilən 80 fiziki və 75 hüquqi şəxs var.

Sanksiyalar KXDR-nın nüvə silahının və ballistik raketlərin hazırlanması üzrə fəaliyyəti ilə əlaqədar tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti