...

İndoneziya Prezidenti elan etdi - Paytaxt köçürülür

Dünya xəbərləri Materials 26 Avqust 2019 13:16 (UTC +04:00)
İndoneziyanın paytaxtı Cakartadan Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcək.
İndoneziya Prezidenti elan etdi - Paytaxt köçürülür

Bakı. Trend:

İndoneziyanın paytaxtı Cakartadan Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İndoneziya rezidenti Joko Vidodo bəyanat verib.

Hökumətin bu məqsədlə təxminən 32 milyard dollar xərcləyəcəyi gözlənilir. Əsas işlərə 2021-ci ildə başlanılacaq. Planlaşdırma və milli inkişaf naziri Bambang Brojonegoro qeyd edib ki, hakimiyyət 2024-cü ilə qədər hökumətin yeni paytaxta köçəcəyini gözləyir.

Onun sözlərinə görə, əvvəlcə yeni paytaxt üçün bir neçə variant var idi: "Xüsusilə bütün dövlət strukturlarını yalnız Cakartanın mərkəzində cəmləşdirmək istəyirdik. Lakin nəticədə başqa bir adaya tam köçmək barədə qərar verildi".

18 min adadan ibarət Kalimantan xüsusilə vacib olan seysmoloji cəhətdən təhlükəsiz bir ərazidə yerləşir.

Hazırkı paytaxt isə şəhər infrastrukturunun kifayət qədər inkişaf etməməsi ilə bağlı ciddi problemlər yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti