...

Qambiyanın ilk prezidenti dünyasını dəyişib

Dünya xəbərləri Materials 27 Avqust 2019 23:54 (UTC +04:00)
Qambiyanın ilk prezidenti Dauda Cavara (1970-1994) 95 yaşında dünyasını dəyişib
Qambiyanın ilk prezidenti dünyasını dəyişib

Bakı. Trend:

Qambiyanın ilk prezidenti Dauda Cavara (1970-1994) 95 yaşında dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qambiya prezidentinin mətbuat xidmətinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Keçmiş prezident Dauda Cavaranın ölümü bütün ölkəni təşvişə salıb. Qambiya prezidenti Adama Barrou dövlət bayraqlarının endirilməsi barədə sərəncam verib".

Qeyd edilir ki, D.Cavaranın ölümü həm ölkə, həm də bütün dünya üçün böyük itkidir: "Mən sabiq prezidentin ailəsinə və bütün Qambiya xalqına dərin hüznlə başsağlığımı bildirirəm".

Xəbər lenti

Xəbər lenti