...

Çində yük maşını piyadaların üzərinə sürülüb, ölənlər var

Dünya xəbərləri Materials 22 Sentyabr 2019 20:47 (UTC +04:00)
Çinin Syantan şəhərində (Hunan əyaləti) yük maşını piyadaların üzərinə sürülüb
Çində yük maşını piyadaların üzərinə sürülüb, ölənlər var

Bakı. Trend:

Çinin Syantan şəhərində (Hunan əyaləti) yük maşını piyadaların üzərinə sürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumaat görə, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyinin Yol Xidmətindən bildiriblər.

Məlumata əsasən, insident nəticəsində 10 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, hadisə yerli vaxtla səhər saat 08:40-da baş verib. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Yük maşınını sürücüsü polislər tərəfindən saxlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti