Bakı. Trend:
Böyük Britaniyanın Baş Naziri Boris Conson "Brexit" prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib.
Trend-in "RİA Novosti"yə istinadən vediyi məlumata görə, bu barədə B.Consonun Avropa İttifaqı Şurasının sədri Donald Tuska ünvanladığı məktubda deyilir.
Məktubda qeyd olunur ki, əgər tərəflər həmin tarixədək Aİ-dən çıxmaq barədə sazişi ratifikasiya edə bilsələr, "Brexit" prosesi bundan əvvəl yekunlaşacaq.
Məlumata əsasən, baş nazir Boris Consonun ünvanladığı məktubun fotosurətində baş nazirin imzası yoxdur.