...

“Volkswagen” gələn il 34 yeni model təqdim edəcək

Dünya xəbərləri Materials 20 Dekabr 2019 13:20 (UTC +04:00)
Almaniyanın “Volkswagen” avtomobil şirkəti “rəqəmsal transformasiya” yol xəritəsi çərçivəsində növbəti illər üçün planlarını açıqlayıb.
“Volkswagen” gələn il 34 yeni model təqdim edəcək

Bakı. Trend:

Almaniyanın “Volkswagen” avtomobil şirkəti “rəqəmsal transformasiya” yol xəritəsi çərçivəsində növbəti illər üçün planlarını açıqlayıb.

Trend-in məlumatına görə, şirkət elektrik və hibrid texnologiyaların inkişafı üçün 19 milyard avro investisiya qoyacaq.

Şirkət 2020-ci ildə 34 yeni model təqdim edəcəyini açıqlayıb. Onlardan 12-i krossover, 8-i hibrid və batareyalı avtomobillər olacaq.

Bundan başqa, “Volkswagen” Paris iqlim sazişi çərçivəsində 2025-ci ilədək istehsal prosesində karbon qalıqlarını iki dəfə azaltmağı planlaşdırdığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti