...

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdan qoşunlarını çıxarır

Dünya xəbərləri Materials 7 Yanvar 2020 01:48 (UTC +04:00)

Bakı. Trend:

"İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə üzrə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qoşunların çıxarılması barədə İraq hakimiyyət orqanlarına məlumat verib.

Trend-in məlumatına görə, bu barədə İraqdakı birgə əməliyyatların komandalığına koalisiya tərəfindən göndərilən mesajda bildirilib.

Məlumata əsasən, növbəti addıma hazırlıq çərçivəsində koalisiya qüvvələri İraq Hökuməti və Parlamentinin xahişi ilə köçürüləcəkdir:

"İraqın suverenliyinə hörmət olaraq yaxın günlərdə və həftələrdə koalisiya qüvvələri yenidən yerləşdiriləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti