...

Çində koronavirusa 2 minə yaxın insan yoluxub

Dünya xəbərləri Materials 26 Yanvar 2020 08:01 (UTC +04:00)
Çində yeni bir növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 1975-ə çatıb
Çində koronavirusa 2 minə yaxın insan yoluxub

Bakı. Trend:

Çində yeni bir növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 1975-ə çatıb, ölənlərin sayı 56-ya qədər yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə İşləri üzrə Komitəsi bildirib.

Məlumata əsasən, 324 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilib.

Bildirilib ki, təxminən 2,7 min insan virusa yoluxmuş ola bilər, ancaq onların diaqnozu hələ təsdiqlənməmişdir.

Çində təxminən 21,5 min insan yoluxmuş insanlarla yaxın təmasda olub və həkimlərin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti